Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 13:16
Sumqayıt şəhərində yerləşən 16 saylı yataqxanada acınacaqlı vəziyyət hökm sürür. Sakinlər deyirlər ki, binada yaşamaq olduqca təhlükəlidir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər binada qorxa-qorxa yaşadıqlarını deyirlər.
Onlar iddia edirlər ki, bina hər an çökə bilər.
Sakinlərin sözlərinə görə, istifadədə olan ayaqyolu yararsız hala düşüb. Elektirik naqlləri insanların həyatı üçün təhlükəlidir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən yataqxanaya baxış keçirilib. Su və işıqla bağlı mövcud çatışmazlıqların aradan qaldırılması üçün hazırda binada iş gedir. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: