Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 18:50
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bir hissəsi Azərbaycandan keçən Gorus-Qafan yolu barədə danışıb.
Sonxeber.net "BBC Azərbaycan"a istinadən xəbər verir ki, "Ermənistan Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan 21 kilometrlik hissəsindən "tam imtina etmir" və bunun "sərhədin delimitasiya-demarkasiyası nəticəsində həll olunacağına" ümid edir", - deyə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib. Azərbaycan bu yolda İran nömrəli yük maşınlarını yoxlayır və gömrük rüsumu tətbiq edir. Bu, iranlı sürücülər arasında narazılıq yaratdığı üçün Ermənistan Gorus-Qafana alternativ yol tikir. "Biz bu yoldan (Gorus-Qafan yolunun 21 kilometrindən) imtina etmirik, mübahisəli olan iki hissədən başqa, bu bizim yoldur. Bu belədir, ya belə deyil - delimitasiya və demarkasiya göstərər. Bu prosesdə ağrılı sahələr olacaq ya yox, hər halda bunları bilmək və qeyd etmək daha düzgündür ki, gələcəkdə insident olmasın", - Qnel Sanosyan parlamentdə brifinq zamanı jurnalistlərə deyib. Azərbaycan Qnel Sanosyanın bu açıqlamasını hələ şərh etməyib.
Qnel Sanosyanın onu da əlavə edib ki, delimitasiya və demarkasiya prosesində hansı sovet xəritələrindən istifadə ediləcəyini bilmir. Amma ixtisasca coğrafiyaşünas olan nazir vurğulayıb ki, müxtəlif illərin xəritələri bir-birindən fərqlənir. Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi üçün sovet xəritələrindən istifadə ediləcəyi gözlənir. Ancaq hansı illərin xəritələrinin iki ölkə arasında müzakirə mövzusu olduğu ictimaiyyətə açıqlanmayıb.