Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 22:02
Dünyanın ən ecazkar turizm mərkəzləri arasında yer alan Türkiyənin Antalya şəhərini hava yolu ilə ziyarət edən turistlərin sayı 8,6 milyonu ötüb.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, Türkiyə mətbuatı xəbər verir ki, təbii gözəllikləri, tarixi və mədəni strukturları ilə dünyanın hər yerindən turistləri özünə cəlb edən Antalyada turizm mövsümü davam edir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, cari ilin 10 ayında şəhərə 8 milyon 615 min 626 turist gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 163 faiz artıb. Oktyabr ayında 1 milyon 599 min 345 nəfər istirahət üçün Antalyaya üstünlük verib.