Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 22:28
Dünya Nüvə Assosiasiyası (WNA) 2020-ci ilin yekunlarına görə təbii uran istehsal edən ölkələrın reytinqini açıqlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, reytinqdə Özbəkistan beşinci yerdə qərarlaşıb.
Bildirilir ki, ötən il WNA-nın üzvü olan Nəvai dağ-mədən kombinatında 3500 ton uran istehsal edilib və məhsul emal olunmaq üçün AREVA NC (Fransa), Converdyn (ABŞ), Cameco (Kanada), CNEIC (Çin Xalq Respublikası) və digər müəssisələrə göndərilib. 2016-cı ildən indiyədək Özbəkistan hər il bu qədər uran istehsal edib.
Məlumatda qeyd edilir ki, ötən il dünyada 47,73 min ton uran istehsal olunub ki, bu da dünyada bu məhsula olan tələbatın 74 faizini təşkil edir.
Xatırladaq ki, dünyada uran istehsalı üzrə reytinqdə Özbəkistandan əvvəl Qazaxıstan (19,48 min ton), Avstraliya (6203 ton), Namibiya (5413 ton) və Kanada (3885 ton) yer alır.