Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 08:58
Cənubi Afrikalı yazıçı Deymon Qalqut Buker mükafatının builki qalibi olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu mükafatı "Vəd" romanına görə alıb.
Qalqut 1963-cü ildə Pretoriyada anadan olub. 6 yaşında xərçəng diaqnozu qoyulan yazıçı bunu "həyatının böyük fəlakəti" adlandırır. Qalqut Keyptaun Universitetində dram təhsili alıb. Debüt romanını 17 yaşında çap etdirib.