Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 12:26
Rusiyanın Krasnoyarsk diyarında sevgilisini öldürəndən sonra onun bədən əzalarını hissələrə ayıran qadın 11 il azadlıqdan məhrum edilib.
Qadın həmçinin zərərçəkmiş tərəfə vurduğu mənəvi və psixoloji ziyana görə 700 min rubl(16 min manat) məbləğində təzminat ödəyəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federasiyası İstintaq Komitəsi yayıb.
İstintaq materiallarında qeyd olunur ki, qadın dəhşətli cinayəti 8 mart tarixində həyata keçirib.
O, öldürdüyü kişinin əzalarını hissələrə ayıraraq soyuducuda gizlədib. Daha sonra yük taksisini çağırıb və soyuducunu icarəyə götürdüyü qaraja aparmağı tapşırıb.
Yolda hərəkət edən zaman yük daşıma xidmətinin əməkdaşları soyuducudan qan axdığını görüblər.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qadın saxlanılıb və elə ilk dindirmədə törətdiyi amansız qətli əməlini etiraf edib.