Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 12:42
Fransa ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişib.
Sonxeber.net bildirir ki, bu postda Stefan Viskontini Bris Rokfeyl əvəzləyib.
S.Viskonti 2016-cı ilin oktyabrından bəri Minsk Qrupunda Fransanı təmsil edən həmsədr idi.
B.Rokfeyl əvvəllər Fransanın Özbəkistan və Panamadakı səfiri, Braziliyadakı konsulu olub. 2000-ci ilin ortalarına qədərsə o, Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi müşavir kimi çalışıb.