Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Virusa yoluxanda mənə salam vermirdilər”

“Virusa yoluxanda mənə salam vermirdilər”

Tarix: 4 Noyabr 2021 14:05

"Koronaya yoluxduğum ilk vaxtlar mənə salam vermirdilər. Mən gələndə üzlərini çevirirdilər. Bəli, bu bəlaya biz də düçar olduq".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Onda görüşək" proqramında Xalq artisti Nəzakət Teymurova deyib. O, koronavirusa yoluxduğu zamanlardan danışıb:

"Mən müalicəni bir az gecikdirmişdim. Onu da qeyd edim ki, müalicəmi Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Ümumiyyətlə bizim səhiyyəmiz çox  inkişaf edib, hər kəsə eyni qayğı göstərilirdi. O vaxtlarda elə sizin kanalda bir layihə var idi. Ora gedib-gəlirdim.  Bunu bilmək olmur ki, kimdən yoluxursan. İndi vaksin vururlar, tədbir görürlər ki, insanlar yoluxmasın. Çalışaq, özümüzü qoruyaq".

Milli.Az


Etiketlər:  Virusa yoluxanda mənə salam vermirdilər


RƏYLƏR