Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 15:14
Torpaqlarımızın işğaldan azad edilməsində gözünü qırpmadan canını fəda edən hərbiçilərimizdən biri də şəhid Fərrux Həşimovdur. Sumqayıtdakı Şəhidlər Xiyabanında şəhidimizin keçdiyi döyüş yolundan bəhs edilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Vətəni bütün varlığı, ruhu ilə sevdi...
Fərrux Həşimov vətənin dar günündə cəbhəyə könüllü getdi. Vətəndən pay olmur deyib , canından keçdi. Sumqayıt şəhər Şəhidlər Xiyabanında qəhrəmanımızın il dönümü qeyd olunub.
Həyat yoldaşı Fərqiyə Həşimova deyir ki, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsində xidmət edən Fərrux Həşimov Vətən müharibəsi zamanı Cəbrayıl, Füzulinin, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb.Fərrux noyabrın 1-də Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Döyüş yoldaşları da onun düşmən səngərlərini alarkən necə qəhrəmanlıq göstərdiyindən danışıb.
Şəhidmizin Vətənə 3 azyaşlı övladı əmanət qalıb. Fərrux Həşimov "Qarabağ" ordeni , "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.