Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Camaat 10 ildə bir dəfə peyvənd vurdurur, siz hər mövsüm''

''Camaat 10 ildə bir dəfə peyvənd vurdurur, siz hər mövsüm''

Tarix: 4 Noyabr 2021 17:20

Koronavirusun mutasiyası nəticəsində yeni "Delta" variantının ortaya çıxmasından sonra Azərbaycan da olmaqla, bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası) vurulması təklif olunub.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Miss Azerbaijan 2019" gözəllik müsabiqəsinin qalibi Səmra Hüseynova sosial şəbəkə hesabında bu xəbəri paylaşaraq 3-cü dozanın vurulmasına qarşı çıxıb.

Model peyvənd olunmayacağını bildirib:

"Adamı dolamısınız?! Nə vaxt restoranlar gecə 12 rejimindən nə vaxt çıxar, klublar açılar, onda vurduraram. Camaat 10 ildə bir dəfə peyvənd vurdurur, siz hər mövsüm".

Qeyd edək ki, "buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyir. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Milli.Az


Etiketlər:  Camaat ildə dəfə peyvənd vurdurur hər mövsüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ