Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qualcomm və Tech Mahindra "ağıllı" şəhərlər üçün həllər hazırlayacaqlar

Qualcomm və Tech Mahindra

Tarix: 24 Avqust 2019 01:36

Bakı. Trend:

Hindistan texnoloji şirkəti "Tech Mahindra" Qualcomm Techologies ilə tərəfdaşlığın qurulmasını elan edib.

Trend-in məlumatına görə, Qualcomm Techologies "ağıllı" şəhərlər ilə bağlı həllər tapmaqla məşğuldur.

Şirkətlər enerji səmərəliliyinin artırılmasına yönəlmiş rəqəmsal həllər hazırlayacaqlar.

Tərəfdaşlığın əsas məqsədləri arasında ağıllı enerji idarəetməsi, ağıllı küçə işıqlandırması və sayğacların oxunmasının avtomatlaşdırılması və analizlərin təhlili üçün həllər kimi məsələlər var.


Etiketlər:  Qualcomm Tech Mahindra ağıllı şəhərlər üçün həllər hazırlayacaqlar


RƏYLƏR