Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 11:30
Koronavirusa qarşı peyvənd olunan uşaqlar 100 dollar ödəniş almaq hüququna malikdirlər.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bunu şəxsi "Twitter" səhifəsində Nyu-York şəhərinin meri Bill de Blazio yazıb.
O, bu hüququn 5-11 yaşlı uşaqlara şamil edildiyini bildirib.
Qeyd edək ki, ABŞ-da azyaşlılar arasında COVID ölümlərinə nadir rast gəlinsə də, ölkə üzrə yoluxma hallarının 25%-i məhz uşaqların payına düşür.