Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu mallar gömrük rüsumundan azad edilir - Siyahı

Bu mallar gömrük rüsumundan azad edilir - Siyahı

Tarix: 6 Noyabr 2021 12:20

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı təsdiqlənib.

Sonxeber.net bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu istiqamət üçün müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı aşağıdakı kimidir:

Bu Qərar 2021-ci il 15 oktyabr tarixindən tətbiq edilir və 5 (beş) il müddətində qüvvədədir.


Etiketlər:  mallar gömrük rüsumundan azad edilir Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ