Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan xəbərdarlıq etdi: ABŞ təminat verdi

Ərdoğan xəbərdarlıq etdi: ABŞ təminat verdi

Tarix: 6 Noyabr 2021 16:56

ABŞ-ın Dədəağacdakı hərbi varlığı Türkiyə üçün təhdid yaratmır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett deyib.

"ABŞ-ın Yunanıstanla eyni strateji maraqları mövcuddur. Ancaq ABŞ və Yunanıstanın Şərqi Makedoniya və Trakiyadakı tərəfdaşlıq əlaqələri Türkiyə üçün təhlükə yaratmır", - səfir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında G-20 sammitində məsələ ilə bağlı amerikalı həmkarı Co Bayden və Fransa lideri Emmanuel Makronla danışdığını deyib. Ərdoğan həmkarlarına Dədəağacda hərbi bazanın yaradılmasının Türkiyə xalqını ciddi mənada narahat etdiyi çatdırıb.


Etiketlər:  Ərdoğan xəbərdarlıq etdi ABŞ təminat verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ