Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiyamət günü Allah yanında ən yaxşı əməl - namazdır

Qiyamət günü Allah yanında ən yaxşı əməl - namazdır

Tarix: 6 Noyabr 2021 23:50

Namaz - Xaliqlə bəndənin rabitəsi və Ona bağlanmaq vasitəsidir. Quranın nəzərinə görə, namaz əmr be-məruf və nəhy-əz-münkərə səbəb olar. İnsan namaz qılaraq, münkərlərdən və çirkin işlərdən uzaq olar. Namaz yaxşılıqları cəm edər. Namazı zay etmək cəzalandırılar. Münafiqlər namaza dayanmaqlarına baxmayaraq, Allahı ən az şəkildə belə yada salmazlar. "Həmin gün kafirlər və Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər". ("Nisa" 42).

O kəs ki, namazına diqqət etməz, ağrılı əzaba düçar olar. "Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar". ("Maun" 4-5).

O kəs ki, namazı tərk edər, cəzalandırılar.

Namazın insana gətirdiyi faydalar:

1. Rahatlıq: Allahı yada salmaq insana rahatlıq verər.

2. Allahla bir yerdə olar: o zaman ki, insan namazında təvazökarcasına Allahdan yardım istəyərsə, Allah Təala ona lütf və mərhəmətini şamil edər. Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: "Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.. ("Maidə" 12).

3. Xilas olmuşlardan olar: "Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi. Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı". ("Əla" 14-15).

İmam Əli (ə) buyurur: "Namaz möhkəm qaladır ki, namazqılanı şeytanın hücumundan saxlayar".

İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Qiyamət günü Allah yanında ən yaxşı əməl - namazdır".

Şəhid Rəcayinin bariz xüsusiyyətlərindən biri o idi ki, namaza xüsusi əhəmiyyət verərdi. O, heç bir şəraitdə, hətta ölkənin ən çətin günlərində belə namazı əvvəl vaxtda qılmaqdan qafil olmazdı. O, inanırdı ki, ən mühüm və qarışıq məsələlər namaza görə və Allaha görə kənara qoyularsa, asanlıqla həll olacaqdır. Dəfələrlə görmüşdülər ki, dövlət müzakirələrində və iclaslarında namazın vaxtı çatan kimi sözünü natamam qoyub namaz qılar və Allahı zikr edərmiş.

Namaza nə qədər diqqət edəriksə, bizim üçün bir o qədər faydalı olar. İmam Əli (ə) buyurur: "Kim namazı onu həqiqətini dərk edərək qılsa, günahları bağışlanar".

İmam Baqir (ə) buyurur: "Namaz ixlası möhkəmləndirər və təkəbbürü uzaqlaşdırar".

Dinimizin sütunu olan namazı əvvəl vaxtda qəlb hüzuru ilə qılmağa çalışaq və onu heç bir şəraitdə tərk etməyək.

Milli.Az


Etiketlər:  Qiyamət günü Allah yanında yaxşı əməl namazdır


RƏYLƏR