Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

6 saatdan az yatmayın! Sağlamlığınızı itirə bilərsiniz!

6 saatdan az yatmayın! Sağlamlığınızı itirə bilərsiniz!

Tarix: 7 Noyabr 2021 20:45

Həkimlərin və somnoloqların (yuxu üzrə mütəxəssislər) araşdırmalarına görə, gecə 6 saatdan az yuxunun olması orqanizm üçün çox ziyanlıdır və müxtəlif xəstəliklərin inkişafına yol açır.

- Yuxu zamanı bizim orqanizmdə bərpa prosesləri sürətlə gedir - orqanizm yenilənir, cavanlaşır. Beləliklə, yuxunun az olması daha sürətli qocalmasına gətirib çıxardır. İlk növbədə bu özünü dərinin daha tez qocalmasında, solğun, quru olmasında, qırışların əmələ gəlməsində büruzə verir.

- Yuxunun 6 saatdan az olması insult kimi ağır pozulmanın riskini xeyli artırır.

- Yuxu zamanı ürək-damar sistemi də dincəlir və bərpa olunur, ürəyə düşən gərginlik azalır. Bu fasiləsiz işləyən ürək üçün olduqca vacibdir. Yuxunun az olması ürək-damar sisteminə çox mənfi təsir edir, ürək xəstəliklərinin riskini artırır.

- Yuxunun az olması piylənmənin riskini 30% artırır. Bunun səbəbi az yatan insanların orqanizmində aclıq və toxluq hormonların arasında tarazlığın pozulmasıdır. Məhz bu səbəbdən arıqlamaq istəyən insanlara həkimlər 7-8 saatdan az olmayaraq yatmağı  tövsiyə edir.

- Sübut olunub ki, yuxunun az olması orqanizmin insulinə olan həssaslığını azaldır və nəticədə 2 tip şəkərli diabet xəstəliyinin riskini artırır.

- Gecə 6 saatdan az yatan insanların immun sistemi zəifləyir və nəticədə belə insanlar soyuqdəymə və virus xəstəliklərinə daha tez-tez tutulur.

- 6 saatdan az yatan insanlarda hipertoniyanın inkişafı riski yüksək olur.

- Gecə hətta 1 saat az yatan insanın diqqəti 30% azalır. Bu xüsusilə avtomobil və s. maşın və mexanizmləri idarə edən insanlar üçün təhlükəlidir.

- 6 saatdan az yatan insanlar daha tez stress və depressiyalara düşür, nevrozlardan, nevrasteniyadan və s. pozulmalardan əziyyət çəkirlər. Məsələ burasındadır ki, yuxunun az olması qanda stress hormonun səviyyəsini qaldırır.

Yaponiya həkimləri araşdırmalar nəticəsində insan üçün ideal yuxu müddətini təyin etdilər - 6,5-7,5 saat. Həmçinin araşdırmalar nəticəsində məlum oldu ki, 9,5 saatdan çox yatmaq insan üçün ziyanlıdır, bu həyatın qısalmasına səbəb olur.

Milli.Az


Etiketlər:  6 saatdan az yatmayın Sağlamlığınızı itirə bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ