Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zorakılığa məruz qalan gənc qızın həyat hekayəsi: Anası öldürülən, atası intihar edən Ayla haradadır?

Zorakılığa məruz qalan gənc qızın həyat hekayəsi: Anası öldürülən, atası intihar edən Ayla haradadır?

Tarix: 8 Noyabr 2021 10:14

Cəmi 15 yaşında həyatın bir çox dərdini, zülmünü görən 15 yaşlı bir qızdan danışacağıq. Adını şərti olaraq Ayla kimi qeyd edəcəyik. Ayla indi haradadır bilmirik, amma onun taleyi ilə maraqlanacağıq...

***

Kiçik yaşlarından ailədə dava-dalaşa, problemlərə şahidlik edən Ayla uşaqlığını yaşaya bilməyib. Ailə münaqişəsi içərisində cəmi 5 yaş böyüyən Aylanın anası 2010-cu ildə atası tərəfindən qətlə yetirilir. Atası 14 il həbs cəzası alsa da həbsxanada cəmi 1 il yaşaya bilir. Aylanın atası 2011-ci ildə həbsxananın sanitar qovşağında intihar edir.

Bundan sonra Ayla və kiçik qardaşı yaşlı nənələrinin himayəsində qalır. Yenə də Ayla həyatın sınaqlarından çıxa bilmir. Çətinlik və problemlər içində böyüyür...

Son illər isə Aylanın sosial şəbəkələrə bağlılığı başlayır. Nənəsinin ona aldığı planşetlə bir neçə sosial şəbəkələrdə aktiv olur. Real həyatda tapmadığı dostları, qura bilmədiyi münasibətləri virtual həyatda axtarmağa, həyatındakı boşluqları doldurmağa çalışır. Amma bu dəfə də uğursuz olur...

13-14 yaşlarından sosial şəbəkələrdə müxtəlif şəxslərlə danışır, ünsiyyət qurur. Təbii ki, bu zaman ondan istifadə etməyi planlaşdıran, azyaşlı qıza şikar kimi baxan onlarla kişi profilli şəxslər peyda olur. Nəvəsinə planşet alan nənə necə olursa Aylanın oğlanlarla danışdığından xəbər tutur. Cəza növü kimi Ayladan planşeti alan nənə özü bilmədən nəvəsindən uzaq düşür. Bəli, sözün əsl mənasında...

Bu yaşa qədər gördüklərindən, yaşadıqlarından bezən Ayla həyata tək atılmağa qərar verir. Bu günə qədər heç bir sınağından çıxa bilmədiyi həyatla üz-üzə gəlməyi qərara alır.

"Mən yaxşı adam olmadım. Onsuz da düzələsi deyiləm. Məndən adam olmaz. Onsuz da Allah mənə cəza verir, qollarım keyiyib qalır. Mən bura qayıtsam yenə belə şeylər olacaq. Məni axtarmayın, sizə lazım deyiləm. Bağışlayın, çox böyük səhvlər etmişəm. Unudun məni" - bu, Aylanın evi tərk edərkən yazdığı məktubda qeyd etdikləridir.

Bu qısa məktubda Ayla necə böyük çətinliklər yaşadığını deyir. Baş verənlərin çoxunda özünü günahkar görsə də əslində günahkar özü deyil. Ayla öz istəyi ilə bu qədər problemlə üzləşmədi, öz seçimi ilə bu dərdləri yaşamadı...

Görəsən, Ayla "qollarım keyiyib qalır" deyəndə nəyi nəzərdə tutur? Bu, onun yaşadığı başqa hansı dərdin 3 sözlə ifadəsidir?

"Bağışlayın, çox böyük səhvlər etmişəm" deyən Ayla nəyi nəzərdə tutur? Axı, 15 yaşlı qız bu həyatda nə yaşadı, nə gördü ki, bu qədər səhv etdi?

Qayıdaq Aylanın faciəli hekayəsinin davamına...

Ayla yazdığı məktubdan sonra nənəsinin pul kisəsindən 1 manat götürərək evi tərk edir. Məqsədi tapılmayacağı, uzaq bir yerə getmək olur. Yolu da tanımır. Mindiyi marşurutun son dayanacağında düşür ki, yaşadığı yerdən, yaşadılarından uzaqlaşsın...

Sumqayıta gəlib çıxan Ayla nə axtardığını bilmir. Nə edəcəyini bilmir...

Bir neçə gün avtobuslara minir, son dayanacaqlara qədər gəzir. Sürücülərə isə pulunun olmadığını deyərək düşür və küçələrdə gecələyir.

Kimsəsiz qaldığı küçələrdə şikara dönür. Onun çarəsizliyindən istifadə edən bir şəxs Ayla ilə tanış olur. 26 yaşlı həmin şəxs özünü aşiq kimi göstərir və Aylanı ələ almağı bacarır. Bir neçə gün sonra ayla həmin şəxslə cinsi əlaqədə olur. Özünün razılığı ilə. Axı, həmin 26 yaşlı şəxs Aylaya səni sevirəm, birlikdə olacağıq deyib...

Həmin şəxsin Aylaya qarşı bu münasibəti bir müddət davam edir. Sonra isə Ayla polislər tərəfindən tapılır. Aylanı axtarışa verən isə nənəsi olur. 15 yaşı olan Ayla ilə münasibət quran şəxs 2 il azadlıqdan məhrum edilir...

Ayla isə yenidən nənəsinin himaysinə qayıdır. Amma onun taleyi sual altındadır... Musavat.com

Milli.Az


Etiketlər:  Zorakılığa məruz qalan gənc qızın həyat hekayəsi Anası öldürülən atası intihar edən Ayla haradadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ