Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada “Ndrangheta” mafiya qruplaşması ilə əlaqədə şübhəli bilinən 70 nəfərə hökm oxunub

İtaliyada “Ndrangheta” mafiya qruplaşması ilə əlaqədə şübhəli bilinən 70 nəfərə hökm oxunub

Tarix: 8 Noyabr 2021 19:12

İtaliyada "Ndrangheta" beynəlxalq mafiya qruplaşması ilə əlaqədə şübhəli bilinən 70 nəfər azadlıqdan məhrum edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin cənubundakı Kalabriya bölgəsində keçirilən məhkəmədə 91 nəfər hakim qarşısına çıxarılıb. Müttəhimlərdən 70-i 10 aydan 20 ilədək azadlıqdan məhrum edilib, 21 nəfərə isə bəraət verilib.

Katanzaro prokuroru Nikola Qratteri istintaqın 1980-ci illərdə Siciliyadakı "Cosa Nostra" qruplaşması ilə bağlı aparılan məhkəmədən sonra ən böyük mafiya işi olduğunu deyib.

Qeyd edək ki, "Ndrangheta" qruplaşması ilə əlaqəsi olduğu iddia edilən yüzlərlə insanın mühakiməsi ilin əvvəlində başlayıb. "Rinascita-Scott" adlanan məhkəmə işində 355 nəfərin məhkəmə prosesi hazırda davam edir. Bunun üçün Kalabriya bölgəsindəki Lamezia Terme şəhərində 1000 nəfərlik xüsusi məhkəmə zalı yaradılıb.


Etiketlər:  İtaliyada Ndrangheta mafiya qruplaşması ilə əlaqədə şübhəli bilinən nəfərə hökm oxunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ