Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı peşə və işlərdə ürək xəstəlikləri yaranır?

Hansı peşə və işlərdə ürək xəstəlikləri yaranır?

Tarix: 8 Noyabr 2021 22:57

Əlverişsiz, sağlamlığa zərərli işlərdə uzun müddət çalışmaq ürək-damar sistemində xəstəliklər yaradır.

Milli.Az xəbər verir ki, psixoloji, fiziki və zehni yükü çox olan peşələrdə çalışmaq ürəyi daha tez, 40 yaşından sıradan çıxarır.

Bu siyahıya kimyəvi maddələrlə işləmək, yüksək səs, aşağı və ya yuxarı temperatur, stresli məsuliyyətli iş yerləri də daxildir.

Eləcə də aerozol istifadəsi, vibrasiya, elektromaqnit şüalanma, benzol, marqans, qurğuşun istifadə olunan istehsalat yerləri də ürək üçün zərərlidir.

Ekspertlər bildirir ki, monoton iş, zəif fiziki aktivlik, bütün günü oturaq iş, zehni gərginlik, diqqətin cəmlənməsi, neqativ təsirli peşələr, havalandırma sistemi yaxşı olmayan yerlər orda çalışanların sağlamlığına zərərlidir.

ÜST də etiraf edir ki, ürək-damar xəstəliklərinin səbəbini iş yeri və stajla əlaqədardır. İş müddəti artdıqca və professional fəaliyyətin şərtləri yaxşılaşmadıqca bu xəstəliklər irəliləyir. /medicina.az

Milli.Az


Etiketlər:  Hansı peşə işlərdə ürək xəstəlikləri yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ