Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda əlillər və şəhid ailələrinin yaşadığı binanın zirzəmisi çirkab suları ilə dolub - VİDEO

Lənkəranda əlillər və şəhid ailələrinin yaşadığı binanın zirzəmisi çirkab suları ilə dolub - VİDEO

Tarix: 10 Noyabr 2021 17:44

Lənkəranda müharibə əlilləri və şəhid ailələrinin yaşadığı binanın zirzəmisi kanalizasiya suları ilə dolub.

Xezerxeber.az-ın məlumatına görə, 11 il bundan öncə  rayonun Şəhdilər Xiyabanı  küçəsində  Qarabağ əlilləri və şəhid ailələri üçün tikilərək istifadəyə verilən 36 mənzilli yaşayış  binansının zirzəmisində kanalizasiya  suları aşıb-daşır.

Sakinlər bildirirlər ki, kanalizasiya boruları köhnə olduğundan hər dəfə borulardan biri qəzalı vəziyyətə düşür və zirzəmi cırkab sularla dolur.

Sakinlər iddia edir ki, hər  şikayətdən sonra gəlib zirzəmidən suyu çəkirlər, amma problem tam həll edilmir. Bir neçə gün keçəndən sonra binanın zirzəmisində  yenə eyni mənzərə yaranır.

Sözügedən məsələ ilə bağlı  Lənkəran Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəsmisi Asif Məmmədov şifahi olaraq bildirdi ki, binanın zirzəmisində olan qəzalı su borusu ilə bağlı

müraciət olunan kimi düzəldilərək sakinlərin istifadəsinə verilib. Binanın zirzəmisində olan çirkab sulara gəlincə isə, o, sadəcə "qrunt sularıdır və  növbəti iş günündə zirzəmidən sular təmizlənəcək  və  sakinlərin narazılığına son qoyulacaq",-deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Lənkəranda əlillər şəhid ailələrinin yaşadığı binanın zirzəmisi çirkab suları ilə dolub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ