Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2019 19:08
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ikinci oyununu keçirib.
Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdə təşkil olanan görüş hollandların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
25 avqust
Azərbaycan – Hollandiya - 0:3 (15:25, 23:25, 23:25)
Budapeşt, "Papp Laslo Sportarena".
Millimiz ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib. Komandamızın növbəti rəqibi Macarıstan olacaq. Meydan sahibləri ilə qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.