Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 08:40
Türkiyənin "Anadolu" agentliyi Ermənistanın paytaxtı İrəvandan xüsusi reportaj hazırlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, reportajda İkinci Qarabağ Müharibəsinin birinci ildönümündə paytaxt sakinlərinin fikirləri öyrənilib.
Müharibədə Azərbaycanın qələbəsi ilə bağlı danışan ermənilər bildirirlər ki, ölkələri güvənsiz vəziyyətdədir:
"Təbii ki, torpaq itkisinə görə çox kədərlənirik. Biz 18-20 yaş arası gənclərimizi itirdik. Bir nəsil itdi. Acılı vəziyyətdir. Azərbaycan və Türkiyə regionda eyni tərəfdədir. Bilirəm ki, bizim dostumuz İrandır. Hətta Gürcüstan və Rusiya da bizim dostumuz deyil".
"Hesab edirəm ki, bu il hamımız üçün min il kimi keçdi. Çünki heç nə bitməyib. Biz hamımız müharibənin ağrı-acısını yaşamağa davam edirik. Mən 2001-ci ildə anadan olmuşam. Həmyaşıdlarım müharibədə həlak olub. Qardaşım və bir çox tanışım cəbhədə yaralandı. Mən həmişə bunları hiss edəcəyəm. Məncə, heç birimiz əvvəlki kimi deyilik", - gənc erməni qız bildirib.
Daha ətraflı İctimai Televiziyanın tərcümə etdiyi reportajda: