Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 24 yaşlı qadın qətlə yetirildi

Bakıda 24 yaşlı qadın qətlə yetirildi

Tarix: 11 Noyabr 2021 10:32

Bakıda kişi həyat yoldaşını qətlə yetirib.

Pirallahı rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda 24 yaşlı qadın qətlə yetirildi


RƏYLƏR