Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2019 11:12
Bu mövsümdən başlayaraq Yunanıstan superliqasında VAR sisteminin tətbiqinə başlanıb.
Qol.az xəbər verir ki, ilk dəfə “Lamia” – “Panatinaikos” görüşündə yardımçı video hakimlər iş başında olublar. Matçn gedişat zamanı VAR otağı firdə göstərilərkən isə maraqlı bir məqam diqqət çəkib.
Hakimlər ekranda oyuna nəzarət edərkən qəfildən qapı açılıb və içəri bir paket buraxılıb. Paketin içindəkinin yemək sifarişi (suovlaki adında yunan kababı) olduğu bildirilib. Hakimlərin VAR otağına yemək sifarişi verməsi yunan mediasında tənqid olunub.