Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbələdə karantini pozan toy sahibləri cərimələnib - VİDEO - FOTO

Qəbələdə karantini pozan toy sahibləri cərimələnib - VİDEO - FOTO

Tarix: 11 Noyabr 2021 14:32

Qəbələdə karantin qaydalarını pozan toy sahibləri cərimələnib.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayonun Aydınqışlaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Yavər Qarayev, Vitaliy Mancari və Telman Dabakov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.Məhkəmənin də qərarı ilə onların hər biri 400 manat məbləğində cərimələnib.

Milli.Az


Etiketlər:  Qəbələdə karantini pozan toy sahibləri cərimələnib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ