Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stalinin nəticəsi evdən qovuldu

Stalinin nəticəsi evdən qovuldu

Tarix: 11 Noyabr 2021 18:32

Selim Bensaad atası ilə mübahisə etdikdən sonra evsiz qalıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, atası onu moskvadakı mənzilindən qovub.

Sovet liderinin lal-kar nəvəsi indi öz maşınında gecələmək məcburiyyətindədir.

Atası Hoşin Bensaad əslində onu küçəyə qovub, kilidlərini dəyişib və Moskvada bahalı mənzilə sahib olmağa çalışır.

Bensaadın mətbuat attaşesi vəziyyətlə bağl belə açıqlama verib.

Səlimin onların məşhur ailəsi haqqında "sensasiyalı məlumatlar"ın yer aldığı kitabın həmmüəllifi olmasından sonra qohumlar arasında münasibətlər pozulub.

Bensaad SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin nəvəsidir. Onun 47 yaşı var, uşaqlıqdan eşitmə qabiliyyəti zəifdir.

Həyat yoldaşı ilə birlikdə 80 kvadratmetrlik mənzildə yaşayır. Daşınmaz əmlakın dəyəri 30 milyon rubldan çoxdur.

Mülkün bir hissəsi də Əlcəzairdə yaşayan atasına məxsusdur.

Bensaadın nümayəndəsi bildirib ki, hazırda Qalina Cuqaşvilinin oğlunun yaşamağa yeri yoxdur. Kişi atası əlcəzairli Hosin Bensaad ilə münaqişə ucbatından mənzilə daxil ola bilmir. Stalinlər ailəsinin bioqrafı Lana Parşina qeyd edib ki, ata Bensaad mərhum həyat yoldaşının vəsiyyətini oğlunun xeyrinə saxtalaşdırıb.

2008-ci ildə oğul Bensaad atası ilə birlikdə mənzilə daxil olmaq üçün məhkəməyə müraciət edib və barışıq müqaviləsi bağlamağa məcbur olub. Parşinanın sözlərinə görə, ata Bensaad vəkilə rüşvət verib. Nəticədə Stalinin nəticəsi yalnız mənzildə məcburi payın ayrılmasına nail olub.


Etiketlər:  Stalinin nəticəsi evdən qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ