Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbaxça'' Reyesi göndərdi, Ramini alır - rəsmi

''Fənərbaxça'' Reyesi göndərdi, Ramini alır -  rəsmi

Tarix: 25 Avqust 2019 17:08

“Fənərbaxça” futbolçusu Dieqo Reyeslə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, meksikalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 26 yaşlı futbolçu 2018-ci ildən “Fənərbaxça”da çıxış edirdi.

İstanbul klubu rəsmi saytı vasitəsi ilə heyətə yeni müdafiəçi cəlb ediləcəyini də açıqlayıb.  Fransa millisinin sabiq üzvü Adil Raminin sabah tibbi müayinədən keçmək küçün İstanbula gedəcəyi bildirilib.
“Marsel”dən ayrıldıqdan sonra azad agent statusuna malik olan 33 yaşlı futbolçu “Fənər”ə pulsuz başa gələcək.

Qeyd edək ki, A.Rami karyerası ərzində “Lill”, “Valensiya”, “Sevilya” və “Milan”da da çıxış edib.
 


Etiketlər:  Fənərbaxça Reyesi göndərdi Ramini alır rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ