Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2019 21:16
Bakı. Trend:
Xarici ölkələrdən ötən sutka ərzində Suriyaya 1405 qaçqın qayıdıb.
Trend-in məlumatına görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 409 qaçqın (123 qadın, 209 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqəsindən 996 qaçqın (299 qadın, 508 uşaq) öz ölkəsinə qayıdıb.
Bundan əlavə, Rusiya tərəfi Suriya ərazisində iki humanitar aksiya həyata keçirib. Latakiya əyalətinin Baksa və Deyr-əz-Zor əyalətinin Marrat yaşayış məntəqələrində sakinlərə 4,84 ton ərzaq verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin