Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənfəət vergisi sadələşdirilmiş vergidən nə ilə fərqlənir?

Mənfəət vergisi sadələşdirilmiş vergidən nə ilə fərqlənir?

Tarix: 14 Noyabr 2021 23:04

Mənfəət (gəlir) vergisinin sadələşdirilmiş vergidən fərqli cəhətlərindən biri vergiödəyicisinə daha liberal yanaşmanın tətbiq edilməsidir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, maliyyə mütəxəssisi Vüqar Mirheydərov mövzu ilə bağlı açıqlamasında bu yanaşmanın ən gözəl nümunələrindən birinin Vergi Məcəlləsinin 121-ci maddəsi olduğunu bildirib.

V.Mirheydərov nəzərə çatdırıb ki, bu maddəyə əsasən, vergiödəyicilərinin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi növbəti dövrə keçirilir və həmin illərin mənfəəti hesabına kompensasiya olunur. Fiziki şəxslər (sahibkarlar) üçün bu dövr 3 il, hüquqi şəxslər üçün isə 5 il təşkil edir: "Fərz edək ki, hüquqi şəxs 2019-cu ilin nəticəsini 10 min manat zərərlə bağlayıb. Sözsüz ki, o, 2019-cu ildə mənfəət əldə etmədiyinə görə mənfəət vergisi ödəməyəcək. Lakin bu azmış kimi, hətta 2020-ci ildə 7 min manat mənfəət əldə etsə belə, o, yenə də mənfəət vergisi ödəmir, çünki bu mənfəət 2019-cu ilin zərərinin kompensasiya edilməsinə yönəldilir. 2021-ci ildə 5000 manat mənfəət əldə etdiyi halda isə həmin hüquqi şəxs bu mənfəətin yalnız 2000 manat hissəsindən mənfəət vergisi ödəyəcək, çünki 3000 manat 2019-cu ilin zərərinin qalıq hissəsinin kompensasiya edilməsinə yönəldiləcək".


Etiketlər:  Mənfəət vergisi sadələşdirilmiş vergidən ilə fərqlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ