Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Telman İsmayılov qapını bağladı, az qala onu qovacaqdı”

“Telman İsmayılov qapını bağladı, az qala onu qovacaqdı”

Tarix: 15 Noyabr 2021 13:10

İllər əvvəl "Çerkizov" bazarının keçmiş sahibi olan azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən döyüldüyü və oğurlandığı deyilən rusiyalı müğənni Avraam Russo biznesmenlə bağlı daha bir açıqlama verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, biznesmenin Rusiya estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova ilə də qalmaqal yaşadığını deyib.

"Onlar arasında onun (T.İsmayılovun - red.) kabinetində konflikt yaşanmışdı. O, (A. Puqaçova -red.) nəsə deyirdi, Telman isə qapını bağladı, onu az qala qovacaqdı. İsmayılov özü ilə qürur duyurdu, bu hadisəni hamıya və həmişə danışırdı. Bu, onun əsas hekayəsi idi", - Russo NTV-də yayımlanan "Sekret na million" verilişinin efirində danışıb.

Russo əlavə edib ki, fikir ayrılıqlarına baxmayaraq, artist və oliqarx, görünür, dil tapa bilib. Belə ki, Alla Borisovna milyonçunun təşkil etdiyi gecələrdə və ailə şənliklərində dəfələrlə çıxış etmişdi.

Milli.Az


Etiketlər:  Telman İsmayılov qapını bağladı qala qovacaqdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ