Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə və milli təhlükəsizliyə bu qədər vəsait xərclənib

Müdafiə və milli təhlükəsizliyə bu qədər vəsait xərclənib

Tarix: 16 Noyabr 2021 08:12

Cari ilin ilk doqquz ayında dövlət büdcəsinin xərcləri 17 milyard 712 milyon 100 manat olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, büdcə vəsaitlərinin 19,13 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 17,67 faizi təhsil və səhiyyənin, 15,39 faizi ümumi dövlət xidmətlərinin, 14,42 faizi sosial müdafiə və sosial təminatın, 7,76 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 25,63 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Qeyd edək ki, müvafiq aylar ərzində müdafiə və milli təhlükəsizlik tədbirlərinə 3 milyard 388 milyon 800 min manat, təhsilə 2 milyard 7 milyon manat, səhiyyəyə 1 milyard 122 milyon 700 min manat, sosial müdafiə və sosial təminata 2 milyard 553 milyon 400 manat xərclənib.


Etiketlər:  Müdafiə milli təhlükəsizliyə qədər vəsait xərclənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ