Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 08:30
Yoluxanların sayının kəskin artmasına görə Almaniyada yenidən evdən işləmə rejimi bərpa olunur.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, müəssisələrdəki gündəlik işçi sayı ilə bağlı məhdudiyyət iyulda ləğv edilmişdi.
Son 3 həftədə yoluxmaların kəskin artmasına görə məhdudiyyət yenidən bərpa olunur. Bundestaqa (parlamentin aşağı palatası) təqdim olunmuş layihədə göstərilir ki, işə gələnlər mütləq COVİD-19 pasportu və ya mənfi nəticəli koronavirus testi təqdim etməlidirlər. Evdən işləmək mümkün olduğu təqdirdə isə işçi müəssisəyə gəlməməlidir.