Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı

Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı

Tarix: 16 Noyabr 2021 08:44

Haiti Prezidenti Jovenel Moizə sui-qəsd ittihamı ilə İnterpol tərəfindən qırmızı bildirişlə axtarışa verilən şübhəli saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, axtarışda olan Samir Handal İstanbul Hava Limanında yaxalanıb.

Şübhəli İstanbul üzərindən ABŞ-dan İordaniyaya gedərkən, yerli vaxtla saat 06:55-də tutulub. O, sabah məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, Moiz iyulun 7-də sui-qəsd nəticəsində öldürülüb. Onun həyat yoldaşı Martin Moiz isə yaralanmışdı. Prezident öldürüldükdən sonra müvəqqəti baş nazir Klod Cozef ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Milli.Az


Etiketlər:  Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ