Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Tarix: 16 Noyabr 2021 11:28

General-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Sonxeber.net-a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, generalın minaya düşərək xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Xatırladaq ki, general-mayor Hikmət Həsənov ötən il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşüb. Sabiq korpus komandiri xəsarət alıb.


Etiketlər:  General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açıldı


RƏYLƏR