Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən sutka ərzində 26 yanğına çıxış olub, 7 nəfər xilas edilib - FHN

Ötən sutka ərzində 26 yanğına çıxış olub, 7 nəfər xilas edilib - FHN

Tarix: 17 Noyabr 2021 13:22

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib.

Milli.Az


Etiketlər:  Ötən sutka ərzində 26 yanğına çıxış olub 7 nəfər xilas edilib FHN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ