Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İştaha hormonu - qrelin. Çox maraqlı faktlar!

İştaha hormonu - qrelin. Çox maraqlı faktlar!

Tarix: 18 Noyabr 2021 08:36

Qrelin hormonu 15 il bundan əvvəl aşkar olunub. Yaponiya alimləri digər mövzuda aparılan araşdırmalar zamanı aclıq vaxtımədə tərəfindən xüsusi hormonun ifraz olunmasını qeyd ediblər.

Bu hormonu "qrelin" adlandırıblar.

Qrelin aclıq zamanı mədədə ifraz olunur və qan axını ilə beynin müəyyən hissəsinə çatdırılır. Beyin orqanizmə siqnal verir və insan yemək axtarmağa başlayır.

Araşdırmalar nəticəsində məlum olub ki, qrelinin ifrazı stress zamanı kəskin artır. Məhz bu səbəbdən biz stress zamanı daha çox yeyirik.

Maraqlıdır ki, qrelin bizi məhz ən ziyanlı qidaları qəbul etməyə "məcbur edir" - kalorili, yağlı qidalar, şirniyyatlar və s.

İnsan qeyri-adi, gözəl bəzədilmiş qidaları görəndə, qrelinin ifrazı artır. Məhz bu səbəbdən diyetoloqlar arıqlamaq istəyən insanlara ən adi qidaları qəbul etmək, süfrəni bəzəməmək tövsiyə edirlər. Əksinə isə iştaha problemləri olan uşaqların valideynlərinə həkimlər qidaları maraqlı bəzəmək və gözəl servis etmək tövsiyə edirlər.

Alimlər araşdırmalar nəticəsində çox təəccüblü faktla qarşılaşıblar. Anoreksiyadan (qidadan imtina etməklə bağlı olan psixiki pozulma) əziyyət çəkən insanların qanında qrelinin səviyyəsi sağlam insanlarla müqayisədə daha çoxdur, lakin beyin buna sanki reaksiya vermir. Əksinə piylənmədən əziyyət çəkən, çoxlu miqdarlarda qida qəbul edən insanlarda bu hormonun səviyyəsi daha aşağıdır.

İştahadan əlavə qrelin arterial təzyiqə, qanda şəkərin səviyyəsinə, ürəyin fəaliyyətinə təsir edir.

Qrelin insanın əqli fəaliyyətinə də təsir edir. Belə ki, aclıq zamanı qanda qrelinin səviyyəsi yüksək olduqda, insanın əqli fəaliyyəti daha yaxşı olur. Əksinə qida qəbulundan sonra qrelinin səviyyəsi kəskin düşür və insanda əqli fəaliyyəti sanki ləngiyir. Bunu insanların əksər hissəsi hiss edib - yeməkdən sonra hər hansı məlumatı, bilikləri qəbul etmək daha çətindir. Bu səbəbdən alimlər imtahan, əqli fəaliyyəti ilə bağlı olan işdən əvvəl çoxlu miqdarda qida qəbul etmək tövsiyə etmirlər.

Alimlər aşkar ediblər ki, qrelinin səviyyəsi idman məşqlərindən sonra aşağı düşür. Bu səbəbdən iştaha ilə mübarizə aparmaq istəyənlər idmanla məşğul olmalıdır.

Qrelin spirtli içkilərə olan asıllığın yaranmasında da böyük rol oynayır.

Hal hazırda qrelinlə bağlı araşdırmalar davam edir. Alimlər gələcəkdə bu hormonun köməyi ilə insan sağlamlığında olan bəzi pozulmaları müalicə etməyi planlaşdırırlar.


Etiketlər:  İştaha hormonu qrelin Çox maraqlı faktlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ