Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boşqabınızda 5 rəng olmalıdır! Mütəxəssislər tövsiyə edir

Boşqabınızda 5 rəng olmalıdır! Mütəxəssislər tövsiyə edir

Tarix: 18 Noyabr 2021 08:42

Həkimlərin fikirinə görə, qidalanma insanın sağlamlığına ən böyük təsir edən amillərdən biridir. Axı insan hər gün və gündə bir neçə dəfə qida qəbul edir!

Sağlam qidalanma sağlamlığın təməlidir. Həkimlərin fikirinə görə, uşaqlıq vaxtından sağlam qidalanan insan qocalığa qədər sağlamlığını və aktivliyini saxlaya bilər. Bütün dünyada həkimlər və diyetoloqlar insanlara sağlam qidalanma prinsiplərini uyğun olaraq qidalanmağı tövsiyə edirlər.

Müasir diyetoloqların tövsiyələrindən biri qidaların rənginə aiddir. Bu çox asan tövsiyədir.

Diyetoloqlar hər gün 5 müxtəlif rəngdə olan qidaları qəbul etməyi tövsiyə edirlər. Məsələn, gün ərzində siz yarma (düyü, qarabaşaq, darı və s. yarmalar), meyvələr (müxtəlif rəngdə), tərəvəzlər (müxtəlif rəngdə), göyərti, süd məhsulları yeyə bilərsiniz. Həftədə 1-2 dəfə qırmızı ət (100-150 qr miqdarında), 2-3 dəfə toyuq əti və ya balıq yeyə bilərsiniz.

Təbii ki, hər gün eyni rəng toplusu alınmaya bilər - ağ, sarı, qırmızı, qəhvəyi, yaşıl, narıncı, bənövşəyi, qara rənglər və onların çalarları növbələşəcək. Rasionunuzda 5 rəngdən artıq ola bilər, lakin bundan az olmamalıdır.


Etiketlər:  Boşqabınızda rəng olmalıdır Mütəxəssislər tövsiyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ