Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 18:25
Aktyor Kərəm Bürsin sevgilisi Hande Erçellə olan gələcək planlarından danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor ötən gün yeni layihə üçün prodüser Burak Sağyaşarla görüşərkən görüntülənib. Jurnalistlərin suallarını cavablayan aktyor Hande ilə evlilik qərarı alıb-almamasına aydınlıq gətirib:
"Sevgimizin dadını çıxardırıq. Bu yeni bir münasibətdir hələ. Anı yaşayırıq. İşlər, karyeramız var. Evlilikdən danışmaq hələ tezdir".
İstirahət üçün İtaliyaya gedən Kerem sosial mediada həmkarı Can Yamanla müqayisə edilməsinə də münasibət bildirib:
"Rəqabət düşünmürəm. Bu cür görmək yanlışdır. Hər birimiz ölkəmizi başqa yerlərdə fərqli şəkildə təmsil edirik".