Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2021 13:42
Rəna Nəbiyeva Gədəbəy rayon Şınıx kənd sakinidir. "Problem"ə üz tutma səbəbi isə oğlu üçün 4 il öncə bir əmlakçıdan aldığı 2 sot torpaq sahəsində ev tikə bilməməsidir. O buna görə rəsmi qurumları ittiham edirdi.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, vətəndaşın məsələsinə biganə qalmayıb, sözügedən əraziyə yollandıq.
Amma söhbət zamanı öyrənirik ki, Sabunçu rayon Zabrat 2 ərazisindən yerləşən torpağın heç bir sənədi yoxdur.
Amma alınan torpağın heç bir sənədi olmadığı halda, yarımçıq da, olsa tikilməsinə icazə verilib... Hər halda Rəna xanım belə deyir.
Şikayətçi evinin tikilməsinə əvvəl icazə verildiyini, lakin sonradan əraziyə müvafiq qurumlar tərəfindən baxış keçirilərək sənədinin olmdığının üzə çıxdığını deyir. Elə həmin vaxt da tikinti işinin dayandırılmasına qərar verilib. İndi bu ailə nə sənəd ala bilir, nə də ev tikə.
Dərdlərinə bir dərman tapa bilməyən qadın çıxılmaz vəziyyətə düşüb.. Amma düşdüyü vəziyyətdə ən böyük günahkar da elə özüdür.
Çünki dediyinə görə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsi üçün heç bir sənəd istəməyib. Övladı Vətən müharibəsi iştirakçısı olan ana heç olmasa onun xatirinə bu müşkül işin xeyirlərinə həll olunmasını diləyir.
Biz də elə bu arzunu əsas tutaraq üz tutduq Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat Qəsəbəsi üzrə İcra Nümayəndəliyinə... Veriləcək hər hansı bir cavab bu ailənin ümid çırağı ola bilərdi.. Çünki illərdi nişanlı oğluna ev tikmək arzusu ilə yaşayan ana üçün ən adi söz belə kifayət edər..
Müraciətimizə icra nümayəndəsi Elvin Şiriyev cavab verdi. Kamera qarşısında danışmaqdan imtina edən nümayəndə şifahi olaraq məsələ ilə bağlı araşdırılma aparılacağını və sözügedən torpaq sahəsi üçün lazımı olan sənədləri hazırlamaq üçün aidiyyəti qurumlara müraciət edəcəklərini bildirdi.. Xülasə, vətəndaşımızın məsələsinin həlli üçün əllərindən gələn köməyi əsirgəməyəcəkləri söylədi.
Bəs bu məsələ nə vaxt öz həllini tapacaq bu isə sual altındadır.. Bizlərə və ailəyə isə ancaq gözləmək qalır... Məsələni diqqətdə saxlayacağıq.