Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

72 yaşlı futbolçu yeni klubda: “İdmandan uzaqlaşmağım qeyri-mümkündür”

72 yaşlı futbolçu yeni klubda: “İdmandan uzaqlaşmağım qeyri-mümkündür”

Tarix: 19 Noyabr 2021 17:44

Türkiyədə aşağı liqada oynayan 72 yaşlı Şerif Kunt yeni kluba transfer edilib. O, trabzonludur və 55 ildir ki, futbol oynayır.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, Kunt Yozqat komandalarından olan "Yozgat Divanlı Gençlerbirliği" klubuna transfer olunub.

Səfərdə "Şefaatlı Paşaköy" gənclik klubu ilə qarşılaşan Yozqat təmsilçisi meydanda 7-1 hesabı ilə qalib gələrkən, yeni transfer Şerif Kunt matçın ikinci yarısında oyuna girərək 30 dəqiqə yaşıl meydanda qalıb. Şerif Kunt ilk matçında göstərdiyi performansla bəyənilib və gənc idmançılara nümunə olub.

Təcrübəli futbolçu 2017-2018 mövsümündə "Osmaniye Karaçayspor", 2018-2019 mövsümündə "Mardin Kızıltepe", 2019-2020 mövsümündə Ərzurum "Harp-İş" klublarının formasını geyinib.

72 yaşlı futbolçu naəlac insanlarda ümid oyatmaq üçün hələ də futbol oynadığını qeyd edib:

"İnsanlara özlərinə baxmalarını, nizamlı yaşamalarını və idman eşqi ilə gəzmələrini tövsiyə edirəm. Bundan sonra komandamın uğurları üçün mübarizə aparacağam. Burada böyük xoşbəxtliklə qarşılandım, hamıya təşəkkür edirəm. Bu mövsüm "Divanlı Gençlerbirliği" klubu ilə çalışacağam. Futbol sevgidir, futboldan uzaqlaşmağım qeyri-mümkündür".


Etiketlər:  yaşlı futbolçu yeni klubda İdmandan uzaqlaşmağım qeyri mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ