Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir “giveaway” davası - “Pulumu geri qaytarın”

Daha bir “giveaway” davası - “Pulumu geri qaytarın”

Tarix: 20 Noyabr 2021 14:20

İnstaqramda daha bir "giveaway" qalmaqalı yaşanıb. Belə ki, bloger, MTV-nin keçmiş aparıcısı Şəms Allahverdiyeva (by_shamsall) dələduzluqda ittiham olunub.

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, "Bygozell" adlı sosial şəbəkə istifadəçisi video açıqlama yayaraq sözügedən xanımın keçirdiyi yarışa qoşulduğunu, lakin verilən vədlərin heç birinə əməl olunmadığını iddia edib:

"Mənə söylədilər ki, yarış bir həftə davam edəcək və az sayda sponsor olacaq. Mən də razılaşdım, pulu ödədim. Həm yarış gec başladı, həm də çox sponsor var idi. Bundan sonra təşkilatçıya yazdım ki, pulumu geri qaytarın, çünki bu qədər sponsorla artım olmayacaq. Amma qaytarmadılar. Ardınca Şəmsin özünə yazdım, mənə cavab vermədi. Haradasa 10 gün gözlədim.

Sonra öz səhifəmdə paylaşdım, adını işarələdim. Mənə yazdı ki, bu nə paylaşımdır, adımı "tag" etdiyiniz üçün sizi polisə verəcəm. Dedim, nə istəyirsinizsə, edin, sizi təhqir etməmişəm. Sonra mənim postumu digər səhifələr paylaşdılar. Bunu görüb mənə yazdılar ki, pulunuzu qaytarırıq. Təşkilatçı mesaj göndərib ki, başımızın-gözümüzün sadağası olsun. Bu cümləyə görə paylaşımı da silmədim, pulu da istəmədim. Bu kimi saxta izləyicisi olan blogerlərin yarışlarına inanmayın".

Bundan sonra Şəmsin hesabında tənqidi rəylər yazılıb, ona qarşı linç kampaniyası başlayıb.  

Xanımın müraciəti instaqramda yayıldıqdan sonra sözügedən Ş. Abdullayeva açıqlama yayaraq qarşı tərəfin şər atdığını, yalan danışdığını qeyd edib. 

Şəms bildirib ki, artıq təşkilatçı ilə yarışma keçirməyəcək: "Həmin xanıma deyirəm ki, kartınızı yollayın, pulunuzu geri göndərim. Açıq elan edirəm, daha təşkilatçılarla yarış keçirməyəcəm. Deyir ki, hesabıma panel vurulub. Bu yalan və şərdir". 


Etiketlər:  Daha giveaway davası Pulumu geri qaytarın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ