Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 18:48
Yüksək kateqoriyalı travmatoloq-ortoped, vertebroloq Maksim Qonçarov bel ağrısının indiyədək elmə məlum olmayan səbəblərini açıqlayıb. O, bu barədə Sputnik radiosuna müsahibəsində bildirib.
Mütəxəssisin fikrincə, bel ağrıları bir cox amillərə görə baş verə bilər. Buna görə də dəqiq diaqnoz qoymaq çətin olur. Məsələn, narahatlıq nevroz səbəbindən də yarana bilər. Bu, psixoterapevtik profil olduğu üçün bel ağrısını tibbi avadanlıqlar vasitəsilə müəyyən etmək mümkün olmur.
Qonçarovun sözlərinə görə, bel ağrısına səbəb olan amillərdən biri insanın yastıayaq olmasıdır:
"İstənilən yaşda olan yastıayaq insanlar ayaq üstə duranda beldə ağrı hiss edirlər. Bu, məhz belin onurğa bölməsinə aid olmayan ağrıdır".
Ağrının ən çox görülən səbəbi osteoxondrozdur. Mütəxəssis izah edir ki, 50 yaşa qədər bu xəstəlikdən əziyyət çəkənlərin sayı 70 faizə yaxınlaşır.
Beyin qan təchizatının pozulması, fəqərəarası yırtıq və radikulit osteoxondroza xas əlamətlər sırasındadır. İdman gəzintisi və velosiped sürmək bu xəstəliyin inkişafını dayandırmağa kömək edir.
Xatırladaq ki, Qonçarovdan əvvəl anestezioloq, alqoloq Mark Qalperin bel ağrılarından xilas olmağın yollarını açıqlamışdı.
"Əgər yeriyəndə sağ tərəfinizdə ağrılar olarsa, o zaman ayağa qalxıb (mütləq əlinizlə bir yerdən tutmalısınız, yoxsa yıxıla bilərsiniz), sağ ayağınızı çarpaz şəkildə çəkməyiniz məsləhətdir", - deyə Qalperin bildirib. O, qeyd edib ki, ayaqları növbə ilə bir düz xətt üzrə ataraq yerimək də bel ağrısının azalmasına səbəb olur.