Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 12:52
"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşeri istefaya göndərəcəyi dəqiqləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib. O, klub sahibi Coel Qleyzerin Sulşerin qovulmasına razılıq verdiyini bildirib.
Norveçli mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrılması ilə bağlı rəsmi açıqlama artıq hazırdır.
Bildirilib ki, "Mançester Yunayted"in texniki direktoru Darren Fletçer və məşqçi Maykl Karrik Sulşerin əvəzləyicisi tapılanadək komandaya müvəqqəti rəhbərlik edəcək.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 12-ci turunda "Uotford"a 1:4 hesabı ilə uduzub. "Qırmızı şeytanlar" hazırda 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.