Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kurosavanın “Oskar” qazandırdığı dizayner vəfat etdi

Kurosavanın “Oskar” qazandırdığı dizayner vəfat etdi

Tarix: 21 Noyabr 2021 17:46

Məşhur yapon rejissoru Akira Kurosavanın 1985-ci ildə çəkdiyi "Ran" filmi ilə "Oskar" mükafatı qazanan tanınmış dizayner Emi Vada dünyasını dəyişib.

Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, 84 yaşında dünyasını dəyişən məşhur geyim dizaynerinin ölüm səbəbi açıqlanmayıb.

Yaponiya mətbuatının məlumatına görə, noyabrın 13-də dünyasını dəyişən Vadanın dəfn mərasimi ailəsi və yaxın dostlarının iştirakı ilə keçirilib.

Karyerası boyu bir çox prodakşn dizayn edən Vada 2020-ci ildə Venesiya Beynəlxalq Film Festivalında premyerası olan Ann Huinin "Məhəbbətdən sonra sevgi" filminin kostyum dizaynlarını da öz üzərinə götürmüşdü.


Etiketlər:  Kurosavanın Oskar qazandırdığı dizayner vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ