Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb bacısını meşədə zorladıqdan sonra öldürdü – FOTO

Tibb bacısını meşədə zorladıqdan sonra öldürdü – FOTO

Tarix: 21 Noyabr 2021 19:26

Sidney Sazerlend adlı tibb bacısı evinin yaxınlığındakı meşədə qaçarkən Quake Levellin adlı fermer tərəfindən zorlanıb və sonra öldürülüb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hadisə ABŞ-ın Arkanzas ştatında baş verib.

Gənc qızın evinin yaxınlığında yoxa çıxması ilə əlaqədar fermer Levellin şübhəli hərəkətləri ilə polisin diqqətini çəkib və polisdə sorğu-sual zamanı qızı öldürüb basdırdığını etiraf edib.

Hadisə bu cür yaşanıb: Unity Health Harris Tibb Mərkəzində tibb bacısı işləyən 25 yaşlı Sidney Sazerlend həmişəki kimi, evinin yaxınlığında qaçmağa başlayıb. Quake Levellin adlı fermerin evinin qarşısına gəldiyi zaman onun tərəfindən qəfil hücuma məruz qalıb. Gənc qız bütün cəhdlərinə baxmayaraq Levellinə müqavimət göstərə bilməyib. Levellin əvvəlcə gənc qadına təcavüz edib, sonra isə onu döyərək öldürüb.

Hadisədən sonra qızları evə qayıtmayan ailə narahat olub və polisə şikayət ediblər. Hadisə ilə əlaqədar axtarışlara başlayan polis qrupları gənc qızın son görüldüyü yerə baxıb. Bu arada fermerin evinin orada olduğunu görən polis qrupları onun rəyini öyrənmək üçün Quake Levellinə də müraciət ediblər. Lakin 29 yaşlı gəncin şübhəli davranışı onu ələ verib.

Quake Levellin polis idarəsində sorğu-sual zamanı gənc qızı zorlayıb öldürdüyünü etiraf etdikdən sonra Sidneyi harada basdırdığını da göstərib. Polis qrupları onun göstərdiyi yerdə qazıntı işləri aparıb, gənc qızın cəsədini taparaq ailəsinə təhvil verib.

Sidneyin qətli ilə bağlı məhkəmədə onun vəkilləri ilə yanaşı, ailə üzvləri də iştirak edib. Gənc qızın anası təqsirləndirilən şəxs üçün "Ən ağır cəzanı almalıdır" sözlərini işlədib. Müzakirələrdən sonra qərarını açıqlayan məhkəmə heyəti Levelin adlı şəxsə ömürlük həbs cəzası verib.


Etiketlər:  Tibb bacısını meşədə zorladıqdan sonra öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ