Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol dünyası 16 yaşlı bu “Barselona”lıdan danışır – atasından açıqlamalar

Futbol dünyası 16 yaşlı bu “Barselona”lıdan danışır – atasından açıqlamalar

Tarix: 26 Avqust 2019 18:40

Dünən, “Betis”lə matçda “Barselona”nın heyətində 16 yaş 300 günlüyündə debüt edən Bissau-qvineyalı Ansu Fatinin atası Bori Fati açıqlama verib.


Qol.az “Marca”ya istinadən xəbər verir ki, o deyib: “Bu, mənim həyatımda ən xoşbəxt gündür. Ansu deyəndə ki, Valverde onu oyuna çağırıb, mən və həyat yoldaşım sevincimizdən az qala ağlayacaqdıq. Meydana çıxanda isə biz dedik: bu ola bilməz! Həmin an sanki göyün yeddinci qatında idik”.

O bildirib ki, “Sevilya” və “Real” Ansuya yaxşı pul təklif edib: “Onların şərti “Barselona”dan yaxşı idi. Amma biz “Barsa”nı seçdik. Çünki onlar hazır müqavilə gəlmidişlər və bizi inandıra bildilər. “Real” həqiqətən çox pul təklif edirdi. Sonra Albert Puç gəldi. Bildirdi ki, onların dəqiq planı var bir neçə il sonra Ansu əsas komandada olacaq. Biz oğlumuzun belə futbolçularla oynayacağını təsəvvürümüzə gətirə bilməzdik”.

 


Etiketlər:  Futbol dünyası yaşlı Barselonalıdan danışır atasından açıqlamalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ