Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 14:42
Dünən Şamaxıda baş verən zəlzələdən sonra gecəboyu yenə təkanlar baş verib. Zəlzələlərdən biri yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində 5,1 gücündə, ikincisi isə 16:48-də 4,5 bal gücündə olub. Orta gücdə olan iki zəlzələdən sonra kiçik təkanlar müşahidə edilib. Mütəxəsislər bunun normal olduğunu, narahatlığa heçbir səbəbin olmadığını bildirir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Şamaxıda baş verən zəlzələlərdən sonra maqnitudası 2, 2.5 və 1.5 olan afterşoklar müşahidə olunub.
Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bu afterşokların davam etməsi normaldır. O bildirib ki, zəlzələdən sonra afterşokun olmaması təhlükəlidir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli onu da bildird ki, Şamaxı seysmik cəhətdən aktiv zona olduğundan təkanların enerji toplanmış digər zəlzələ ocaqlarına da müəyyən qədər təsiri ola bilər. Lakin dağıdıcı gücdə zəlzələ baş verməyəcək. Qurban Yetirmişli vətəndaşları narahat olmamağa çağırıb.
Qeyd edək ki, dünən baş verən zəlzələ zamanı dağıntılara rast gəlinməyib. Bəzi zəif tikililərin divarlarında çatların yaranması isə tikintinin keyfiyyətsiz aparılması səbəbindən baş verib.