Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünən xalqı söydü, bu gün əsas heyətdə oynadı - menecer ''Neftçi''ni tənqid etdi

Dünən xalqı söydü, bu gün əsas heyətdə oynadı - menecer ''Neftçi''ni tənqid etdi

Tarix: 26 Avqust 2019 22:00

Tanınmış futbol şərhçisi və meneceri Erkin İbrahimov Premyer Liqanın 2-ci turunda "Zirə"yə uduzan (0:1) "Neftçi" ilə bağlı özünün Feysbuk statusunda  fikirlərini açıqlayıb. Onun statusunu təqdim edirik.

*

 "Neftçi"nin düşdüyü vəziyyətdə günahı ayrı-ayrı futbolçularda axtarmaq düzgün saymıram. Açıq-aşkar görünür ki, klub rəhbərliyi idarəetməni itirib, komanda son 4 oyunda futbol oynamır.

Baş məşqçi da ağzına gələni danışır, yetirmələri də. Baqali Dabo çıxıb İnstaqramda xalqı təhqir edir. Normal idarə olunan klubda bu cür futbolçu ən azından cəzalanardı, Dabo isə etdiklərinin qarşılığında mövsümdü ilk dəfə əsas həyətə salınır. Nəticəsi nə oldu? Dabo bu gün "Zirə"ylə matçda 90 dəqiqə ərzində bircə zərbə endirdi, onda da top auta (!!!) çıxdı. 

Bütün bunlarla belə, konkret bir futbolçu ilə bağlı sualım var. Monrozun oyununu (oyun demək olarsa) diqqətlə izləyirəm. Adama çatmır ki, Monroz meydanda nə gəzir? Nə qol imkanı yaradır, nə oyunu üzərinə götürür, nə də topsuz faydalı işləyir. Monrozun funksiyası nədi? Məşqçi onun meydanda etdiklərini analiz edirmi? Necə olur ki, Monroz toxunulmaz, əvəzolunmaz adama çevrilib. Bunun dəqiq səbəbini bilən varmı? Qorxurlar ki yenə "Do you want to see my dick?" deyib sözdən əmələ keçəcək?

Ötən həftə Sport7.az saytına müsahibə verərkən qeyd etdim ki, rəhbərliyin və baş məşqçinin istefaya göndərilməsi bir az radikal, sərt qərar olardı. Ancaq bu gün da göründü ki, komandadaxili durum yaxşılaşmır ki, daha da pisləşir. Bunun da məsuliyyəti klubu idarə edənlərin çiynindədi. Dario mövsümün ortasında yoxa çıxır, rəhbərliyi yıxıb-sürüyür. Altı ay keçməmiş da xahiş-minnətlə qaytarılır. Monroz kimi tərbiyəsiz futbolçu ilə müqavilə  imzalanır. Halbuki belələrini komandaya yaxın buraxmaq olmaz. Dabo da belə. Digər futbolçular da görür ki, bu rəhbərliyin yanında istənilən hoqqadan cəza almadan çıxmaq olar.

Klub rəhbərliyinin özünə görə bir qürur hissi olmalıdı. "Neftçi" sıradan bir klub deyil. Dario, Monroz, Dabo, lap 23 futbolçunun hamısı bir klubdan üstün ola bilməz! Odu ki, bu gün müşahidə olunan xaotik futbola təəcübləndirməyə dəyməz.

Erkin İBRAHİMOV

 

 


Etiketlər:  Dünən xalqı söydü gün əsas heyətdə oynadı menecer Neftçini tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ