Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 11:45
Bir müddət öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elmira Əliyevanın səhhətindən xəbər var.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, "Lalə" qızlar ansamblının solisti açqılamasında deyib ki, səhhəti bir qədər normallaşıb. Xanəndə bildirib ki, bazar ertəsi günü xəstəxanadan çıxarılmalı olsa da, oğlunun səyi nəticəsində bir neçə gün də 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunacaq:
"Çox əziyyət çəkirəm. Mənimlə maraqlanan olmadı. Ölə-ölə burada qalmışam. Heç nə etmədilər. Bəlkə üçüncü gün evə buraxıldım. Divarlardan tuta-tuta bir təhər yeriyirəm".
Qeyd edək ki, sənətçi ürək çatışmazlığından əziyyət çəkir. Həmçinin onun allergiyası var, ayaqları şişib, hərəkət etməkdə çətinlik çəkir.