Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA

Azərbaycanda COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA

Tarix: 23 Noyabr 2021 23:50

Noyabrın 30-da yeniyetmələr, gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, idmançıların təcrübəsi və ustalığının artırılması və milli komandaların tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyan yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

Dekabrın 5-dək davam edəcək ölkə çempionatında yaşı 18-dən yuxarı olan bütün idmançılardan və zala daxil olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks halda həmin şəxslər yarışa buraxılmayacaqlar.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatında azarkeşlərin iştirakına icazə verilməyəcək.


Etiketlər:  Azərbaycanda COVID pasportu olmayanlara DAHA BİR QADAĞA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ